5 dekabr 2025. Cümə

Məşhur qolfçu ağır qəzaya düşüb


  • Offside
  • 10:10 24.02.2021
  • Oxunma sayı: 191
Məşhur qolfçu ağır qəzaya düşüb

Amerikalı qolfçu Tayqer Vuds Kaliforniya ştatının Ranço Palos Verdes şəhərində ağır yol qəzasına düşüb.

Corner.az TASS-a istinadən xəbər verir ki, qəza zamanı avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə gələn yanğınsöndürənlər hidravlik xilasetmə vasitələrindən istifadə edərək avtomobildə sıxılmış vəziyyətdə qalan idmançını xilas ediblər.

Tayqer Vuds təcili yardımla yerli xəstəxanaya aparılıb.

Vudsun menecerinin dediyinə görə, idmançı ayağından çoxsaylı xəsarət alıb və hazırda əməliyyat olunur.







Offside