25.02.2021-ci il tarixdə Göygöl Rayon İrəvan İdman Klubunun rəhbəri Fəxri Cəfərov Azərbaycan Müharibə Veteranları İctimai Birliyinin Göygöl Rayonun Şöbəsinin sədri Həbib Hüseynov və şöbənin üzvləriylə görüş keçirib.
Corner.az xəbər verir ki, görüş zamanı AMVİB ilə Klub arasında yaxın aylarda birlikdə "Şəhidlərimiz"in xatirəsinə həsr olunan yarış keçirilməsi barədə razılıq əldə olunub.
Daha sonra İrəvan İdman Klubunun rəhbəri Fəxri Cəfərov 2-ci Vətən müharibəsi iştirakçılarını "Təşəkkürnamə" ilə təltif edib.
Sonda Azərbaycan Müharibə Veteranları İctimai Birliyinin Göygöl Rayonun Şöbəsinin sədri İrəvan İdman Klubun inkişafı üçün öz tövsiyələrini vermiş və müvafiq qərarlar qəbul edilmişdir.