- Offside
- 13:25 24.11.2024
Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
Corner.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın 2 təmsilçisi yer alıb.
Şəhriyar Məmmədyarov bir pillə irəliləyərək 2770 xalla 8-ci olub. 9-cu sıradakı ABŞ təmsilçisi Uesli Sonun da eyni xalı var. 2 765 xalı olan Dünya Kubokunun qalibi Teymur Rəcəbov isə 10-cu yerdə qalıb.
Qədir Hüseynov (2665) və Nicat Abbasov (2664) bir pillə geriləyiblər. Onlar müvafiq olaraq, 72 və 75-ci yerlərdə qərarlaşıblar. Rauf Məmmədov (2654) isə 3 pillə geriləyərək 90-cı ola bilib.
Siyahıda ilk “üçlük” dəyişməyib. Norveçli dünya çempionu Maqnus Karlsen (2847) birinci, Fabiano Karuana (ABŞ, 2820) ikinci, Dinq Liren (Çin, 2791) üçüncüdür.
Qadın şahmatçılardan Günay Məmmədzadə 1 pillə geriləyərək 2443 xalla 29-cudur. 1 pillə irəliləyən Gülnar Məmmədova 2382 xalla 79-cu sıradadır. 2376 xalı olan Xanım Balacayeva isə 89-cu pillədə qalıb.