22 oktyabr 2024. Çərşənbə axşamı

Braziliya klubunun məşq bazasında yanğın - 6 futbolçu öldü


  • Offside
  • 21:23 08.02.2019
  • Oxunma sayı: 566
Braziliya klubunun məşq bazasında yanğın - 6 futbolçu öldü

Braziliyanın "Flamengo" klubunun təlim-məşq bazasında yanğın baş verib.

Corner.az xəbər verir ki, faciə nəticəsində 10 nəfər həlak olub, 2 şəxs isə ağır xəsarət alıb. Hadisə Rio-de-Janeyro təmsilçisinin yeniyetmələrdən ibarət komandasının hazırlıq keçdiyi məkanda olub.  


Ölənlər arasında 14-17 yaşlı 6 futbolçu olub. Onlardan 4-ü "Flamengo"nun yetirməsi, 2-si isə baxışda olanlardır. Yanğının səbəbləri bəlli deyil.(qol.az)







Offside