21 mart 2026. Şənbə

Vilyarreal'ın keçmiş futbolçusu itkin düşdü


  • Offside
  • 13:51 07.03.2021
  • Oxunma sayı: 190
Vilyarreal'ın keçmiş futbolçusu itkin düşdü

"Vilyareal”ın keçmiş futbolçusu Franko Akosta itkin düşüb.

Corner.az İspaniya mediasına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu,  Uruqvayda çaydan keçmək istəyərkən yoxa çıxıb.

Bu barədə Uruqvay polisinə futbolçunun qardaşı məlumat verib. Hazırda axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, Akosta 2020-ci ilin yayından Uruqvayın “Atletiko” klubunda oynayır. Hazırda onun transfer qiyməti 125.000 avro olaraq qiymətləndirilir.







Offside