Futzal üzrə Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.
Corner.az xəbər verir ki, 3-cü qrupda yer alan yığmamız dördüncü sınağında səfərdə Moldova seçməsinin qonağı olub.
Çoresku şəhərindəki “Futzal Arena”da baş tutan oyuna Bakı vaxtı ilə saat 20:30-da start götürüb. Bütövlükdə 8 qolun qeydə alındığı qarşılaşma millimizin növbəti qələbəsiylə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan yığması əvvəlki oyunlarının da hamısından qalib ayrılmışdı. Millimiz son olaraq bir neçə gün öncə məhz Moldova yığmasını Bakıda 5:1 hesabıyla məğlub etmişdi.
AÇ-nin seçmə mərhələsi
3-cü qrup
9 mart
Moldova – Azərbaycan 3:5
Qol: A.Laşku, 32. S.Nikolayçuk, 36. A.Neqara, 37 – H.Ahmadi, 7. Vassura, 23; 36. R.Çovdarov, 28. Y.Kojokaru, 35-öz qapısına.
Hakimlər: Damian Qrabovski (Polşa), Yasin Alageyik (Belçika), Viktor Bugenko (Moldova).
Timekeeper: Valeri Minciuna (Moldova).
Hakim-inspektor: Talal Daravşi (İsrail).
UEFA nümayəndəsi: Zoran Dimic (Serbiya).
Çoresku, “Futzal Arena”.