- Offside
- 13:25 24.11.2024
Malta və Rusiya yığmaları arasında DÇ-2022-nin seçmə mərhələ oyununun keçirilməsi sual altına düşüb.
Corner.az-ın Malta mətbuatına istinadən məlumatına görə, qarşılaşma baş tutmaya və ya başqa ölkədə oynanıla bilər.
Buna səbəb Maltada pandemiya ilə bağlı bütün idman tədbirlərinin aprelin 11-dək qadağan olunmasıdır. Yerli futbol assosiasiyası hökumətdən bu görüş üçün istisna tətbiq olunmasını xahiş edib. Lakin hələlik son qərar verilməyib.
Qeyd edək ki, Malta - Rusiya matçı martın 24-də keçirilməlidir.