24 noyabr 2024. Bazar günü

Məmmədyarov və Rəcəbovdan uğurlu start


  • Offside
  • 21:40 13.03.2021
  • Oxunma sayı: 254
Məmmədyarov və Rəcəbovdan uğurlu start

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində ilk yarış gününə yekun vurulub.

Corner.az-ın məlumatına görə, Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov "Magnus Carlsen Invitational" adlanan turnirə uğurlu start veriblər.

İlk görüşündə Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edən Məmmədyarov növbəti 2 partiyada rusiyalı Daniil Dubov və ABŞ şahmatçısı Hikaru Nakamura ilə sülh bağlayıb. 4-cü turda niderlandlı Yorden van Forestə qalib gələn 36 yaşlı qrossmeyster son oyunda Maksim Vaşye-Laqrava (Fransa) uduzub.

Teymur Rəcəbov ilk 4 görüşünü sülhlə başa vurub. 34 yaşlı şahmatçı müvafiq olaraq, Aniş Giri (Niderland), Alan Piçot (Argentina), Uesli So (ABŞ) və Levon Aronyanla heç-heçə edib. O, son qarşılaşmada isə Dubov üzərində qələbə qazanıb.

Qeyd edək ki, 5 turdan sonra hərəyə 3 xal toplayan Məmmədyarov və Rəcəbov Vaşye-Laqrav, Dubov və Nakamura ilə birlikdə 4 - 8-ci yerləri bölüşdürür. İlk pillədə isə 4 xalla Aniş Giri qərarlaşıb.







Offside