- Offside
- 13:25 24.11.2024
PSJ-nin futbolçuları Anxel Di Mariya və Markinyosun evləri Fransa çempionatının 29-cu turunun "Nant"la matçı zamanı soyulub.
Corner.az ESPN-ə istinadən xəbər verir ki,futbolçuların ailələri evdə olarkən cinayətkarlar mənzilləri qarət ediblər və onları girov götürüblər. Matç zamanı “parislilər”in idman direktoru Leonardo klubun baş məşqçisi Maurisio Poçettinoya bu barədə məlumat verib. Di Mariya qarşılaşmanın 62-ci dəqiqəsində əvəzlənib və ailəsinin yanında olmaq üçün dərhal evə yola düşüb.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb, klub iki oyunçuya və onların ailələrinə tam dəstəyini təklif edəcək.
Qeyd edək ki, PSJ və "Nant" arasında görüş 1:2 hesabı ilə başa çatıb.