- Offside
- 13:25 24.11.2024
Bosniya və Herseqovinalı tennisçisi Damir Cümhur Meksikanın Akapulko şəhərindəki turnir zamanı diskvalifikasiya edilib.
Corner.az-ın məlumatına görə, 28 yaşlı idmançı Niderland təmsilçisi Botik van de Zanshall ilə görüşdə hakimlərlə mübahisə edib.
İlk setdə hesab 5:5 olarkən Cümhur rəqibin zərbəsindən sonra yan xətt hakiminin səhvə yol verdiyini bildirib. O, hakimlə mübahisəyə başlayıb, onu intiqam alacağı, həmçinin öldürəcəyi ilə hədələyib.
Daha sonra hakim qarşılaşmanı dayansdırıb və tennisçini diskvalifikasiya edib.