- Offside
- 13:25 24.11.2024
"Real Madrid" və "Sevilya"nın sabiq futbolçusu Karlos Aranda saxlanılıb.
Corner.az "El Mundo"ya istinadən xəbər verir ki, 41 yaşlı veteran hücumçu narkotik maddələrin qanunsuz dövriyəsində və sənədlərin saxtalaşdırılmasında şübhəli bilinir.
Malaqa hüquq-mühafizə orqanları Arandanın ev şəraitində marixuana yetişdirməklə məşğul olan cinayətkar şəbəkə ilə əlaqədə olduğunu iddia edir.
Bir neçə bölgədə aparılmış istintaq axtarışları nəticəsində ümumilikdə 5 nəfər saxlanılıb. Axtarışlar zamanı 700 marixuana bitkisi, təqribən 20 min avro pul, 6 maşın, kompüter avadanlığı, mobil telefonlar və müxtəlif sənədlər ələ keçirilib.
Qeyd edək ki, Karlos Arandanın adı 2019-cu ildə danışılmış oyunlarda hallanıb.(report)