- Offside
- 13:25 24.11.2024
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat turnirində gümüş medal qazanıb.
Corner.az-ın məlumatına görə, 65 kq-dakı idmançı finalda Ermənistan təmsilçisi Vazgen Tevanyana məğlub olaraq, fəxri kürsünün ikinci pilləsinə çıxıb.
Əliyev finala vəsiqə qazanmaqla, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib.
****
Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat turnirində bürünc medal qazanıb.
Corner.az-ın məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı moldovalı Petru Krakiun ilə qarşılaşmalı idi.
Lakin rəqib döşək üzərinə çıxmaq istəmədiyi üçün Bazarqanova texniki qələbə verilib.
Qeyd edək ki, bu, Azərbaycanın turnirdəki ilk medalıdır.