5 dekabr 2025. Cümə

Boksçularımız 7 medalla qayıdır


  • Offside
  • 14:28 21.03.2021
  • Oxunma sayı: 199
Boksçularımız 7 medalla qayıdır

Türkiyənin İstanbul şəhərində təşkil edilən boks üzrə beynəlxalq Boğaziçi turniri başa çatıb.

Corner.az-ın məlumatına görə, Azərbaycan milli komandası 30-a yaxın ölkədən 250 idmançının qatıldığı yarışı 7 medalla başa vurub.

Yığmamızın heyətində Məsud Yusifzadə (52 kq), Cavid Çələbiyev (63 kq), Sərxan Əliyev (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmməd Abdullayev (+91 kq) ikinci yeri tutub. Ümid Rüstəmov (57 kq) və Alfonso Dominqes (81 kq) isə bürünc medalla kifayətlənib.

Qeyd edək ki, Azərbaycan boksçuları turnirdən öncə qardaş ölkədə təlim-məşq toplanışı keçiblər.







Offside