23 oktyabr 2024. Çərşənbə

Nuriyevin baş məşqçisi istefaya göndərildi


  • Offside
  • 00:01 25.03.2021
  • Oxunma sayı: 170
Nuriyevin baş məşqçisi istefaya göndərildi

Ukraynanın “Minay” klubu baş məşqçisi Vasiliy Kobinlə yollarını ayırıb.

Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyevlə digər həmyerlimiz Rüstəm Əhmədzadənin çıxış etdiyi komanda cari mövsümdə uğursuz nəticələri ilə diqqət mərkəzindədir. Milli komandaların oyunları ilə bağlı yaranmış fasilə “Minay” rəhbərliyinin də baş məşqçi dəyişikliyini gerçəkləşdirməsinə şərait yaradıb. 35 yaşlı mütəxəssislə klub prezidenti Valeri Peresolyak arasında görüş keçirilib. Görüşdən sonra tərəflərin yollarını ayırdığı bildirilib.

Qeyd edək ki, Kobin 2019-cu ildən Ukrayna təmsilçisini çalışdırırdı. “Minay” onun rəhbərliyi altında bu mövsüm Premyer Liqada keçirdiyi 18 oyunda cəmi 14 xal toplaya bilib və 13-cü pillədə qərarlaşıb.







Offside