23 oktyabr 2024. Çərşənbə

Ermənidən millimizin futbolçusuna təbrik: Təşəkkür edirəm, qardaşım - FOTO


  • Offside
  • 20:03 25.03.2021
  • Oxunma sayı: 250
Ermənidən millimizin futbolçusuna təbrik: Təşəkkür edirəm, qardaşım - FOTO

Aleksey İsayev Azərbaycan millisinin heyətində debüt edib.

Corner.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsinin Portuqaliya ilə matçında ilk dəfə Azərbaycan yığmasının formasını geyinib. İsayev, 84-cü dəqiqədə Emin Mahmudovun əvəzinə meydana daxil olub.

Millidə debüt edən Alekseyi dostları “İnstagram”da təbrik ediblər. Alekseyi təbrik edənlər arasında “erik_avetyan” adlı erməni “İnstagram” istifadəçisi də olub və debütant onun təbrikinə “təşəkkür edirəm, qardaşım” deyə, cavab yazması, sosial şəbəkədə narazılıqla qarşılaşıb. Aleksey narazılıqlardan sonra həmin paylaşımı silib.

Qeyd edək ki, Portuqaliya Azərbaycanı 1:0 hesabıyla məğlub edib.









Offside