23 oktyabr 2024. Çərşənbə

Daha bir cüdoçumuz bürünc medal qazandı


  • Offside
  • 18:32 27.03.2021
  • Oxunma sayı: 174
Daha bir cüdoçumuz bürünc medal qazandı

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turniri davam edir.

Corner.az xəbər verir ki, bu gün Azərbaycanın daha iki cüdoçusu mübarizəyə qoşulub. Belə ki, yarışların ikinci günündə Murad Fətiyev və Zelim Tskayev medallar uğrunda yarışacaq.

81 kq
Fətiyev 1/16 finalda Din Gemeri (İsrail) məğlub edərək, yarışa qələbə ilə başlayıb. Murad növbəti mərhələdə ispaniyalı İzqueta Mendiolanı üstələyib. Ardından Misir idmançısını ippona salan həmyerlimiz 1/4 finala yüksəlib. Yarımfinala vəsiqə uğrunda görüşdə Murad gürcüstanlı Tato Grigalaşvilinin ippon fəndinə düşüb. Fətiyev təsəlliverici görüşlərə qatılıb. O, bürünc medal uğrundakı ilk cəhdində  Portuqaliya, ardından Kanada təmsilçisinə qalib gələrək, mükafatçılar sırasına yüksəlib.   

Tskayev ilk cəhdində Kenni Bedellə (İtaliya) dueldən qalib ayrılsa da, 1/8 finalda moldovalı idmançıya uduzub.

Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində Kəramət Hüseynov bürünc medal qazanıb. “Böyük Dəbilqə”yə martın 28-də yekun vurulacaq. 

 







Offside