- Offside
- 13:25 24.11.2024
Müqavilə ilə “Arsenal”a məxsus olan, icarə əsasında “Atletiko”da çıxış edən Lukas Torreyraya ağır itki üz verib.
Corner.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin anası dünyasını dəyişib. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Torreyranın anası 53 yaşında, koronavirusdan vəfat edib.
Uruqvaylı futbolçu ötən ilin noyabrında koronavirusa yoluxmuşdu.