Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində keçirilən Fil Dişi Sahili - Efiopiya matçında xoşagəlməz hadisə yaşanıb.
Corner.az xəbər verir ki, Abican şəhərində keçirilən matçın baş hakimi Çarlz Bulunun səhhətində problem yaranıb.
Belə ki, 34 yaşlı referi matçın 81-ci dəqiqəsində huşunu itirərək yerə yıxılıb. Çarlz meydanı xərəkdə tərk edib və xəstəxanaya aparılıb.
Ehtiyat hakim Fil Dişi Sahilini təmsil etdiyi üçün oyun davam etdirilməyib. Nəticədə görüş vaxtından əvvəl meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.