- Offside
- 13:25 24.11.2024
UEFA pandemiya dövründə azarkeşlərin stadionlara buraxılması ilə bağlı məhdudiyyəti ləğv edib.
Corner.az-ın məlumatına görə, bu barədə qərar qurumun İcraiyyə Komitəsinin bugünkü iclasında verilib. Bu ilin iyununda məhdudiyyət aradan qaldırılacaq.
Yeni qaydalara əsasən, görüşlərdə tamaşaçı sayı barədə qərar yerli hökumət tərəfindən qəbul olunacaq.
Qeyd edək ki, UEFA ötən ilin oktyabrında stadionlarda maksimum tamaşaçı sayının arenanın ümumi tutumunun 30 faizi həcmində olmasına qərar vermişdi.