- Offside
- 13:25 24.11.2024
"İnter"in sabiq futbolçusu Freddi Quarin həbs olunub.
Corner.az-ın "BluRadio Colombia"ya istinadən məlumatına görə, buna səbəb kimi yarımmüdafiəçinin qohumlarına hücum etməsi göstərilib. Hadisə ötən gün səhər saatlarında baş verib. Polis 34 yaşlı oyunçunu əlləri qanlı vəziyyətdə saxlayıb. Quarin Enviqado şəhər xəstəxanasında nəzarət altında müalicə olunur.
Kolumbiya yığmasının üzvü hazırda çıxış etdiyi "Milyonarios" klubu insidentlə əlaqədar təəssüfləndiyini bildirib.
Qeyd edək ki, Freddi Quarin "Milyonarios"a bu ilin yanvarında transfer olub.