- Offside
- 13:25 24.11.2024
Kolumbiya milli komandasının sabiq yarımmüdafiəçisi Con Viafara ABŞ-da narkotik vasitələrin ticarətinə görə azadlıqdan 11 il müddətinə məhkum olunub.
Corner.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Məlumatda bildirilir ki, bununla bağlı qərar Şerman (Texas ştatı) federal məhkəməsi tərəfindən çıxarılıb.
O, ABŞ-a 2020-ci ilin yanvarında ekstradisiya olunub. Con Viafara ötən ilin noyabrında 5 kq-dan çox kokainin ölkə ərazisinə daşınması məqsədi ilə cinayət əlbirliyini etiraf edib. Məhkəmə hakimlərinin fikrincə, Viafara 2008-ci ildən 2018-ci ilə qədər mərkəzi Amerika ölkələrinə narkotiklərin çatdırılması ilə məşğul olmuş kriminal şəbəkənin tərkibinə daxil olub. O, 3 ildən çox üç idi ki, istintaq altında idi.
Viafara 2003-cü ildən 2010-cu ilə qədər futbol üzrə Kolumbiya yığmasının heyətində çıxış edib. O, komandada 43 oyun keçirib və 1 qol vurub. Yarımmüdafiəçi ölkəsinin "Onse Kaldas" klubunda çıxış edib. Komanda 2004-cü ildə Libertadores Kubokunu qazanıb.
Viafara həmçinin İngiltərə "Sautqemptonunda" iki, İspaniyanın "Real Sosedad" komandasında bir mövsüm keçirib. O, idman karyerasını 2015-ci ildə başa vurub.(report)