23 noyabr 2024. Şənbə

"Formula 1": “Reno” yeni bolidini təqdim edib


  • Offside
  • 17:09 12.02.2019
  • Oxunma sayı: 575
"Formula 1": “Reno” yeni bolidini təqdim edib

“Formula 1” üzrə dünya çempionatında iştirak edən Fransanın “Reno” komandası yeni bolidini təqdim edib.

Corner.az  xəbər verir ki, təqdimat mərasimi komandanın Böyük Britaniyanın Enstoun şəhərindəki bazasında olub. "Reno" yeni bolidində ənənəvi sarı və qara rənglərini saxlayıb.

Qeyd edək ki, 21 mərhələdən ibarət “Formula 1” üzrə 2019-ci il dünya çempionatı Avstraliyanın Melburn şəhərindəki “Albert Park” trasında 15 - 17 martda olacaq. Təqvimdə dördüncü sırada yer alan Azərbaycan Qran Prisi 26 - 28 apreldə keçiriləcək.

"Report"







Offside