21 mart 2026. Şənbə

Daha bir ağırlıqqaldıranımız medal qazandı


  • Offside
  • 15:19 10.04.2021
  • Oxunma sayı: 206
Daha bir ağırlıqqaldıranımız medal qazandı

Azərbaycanın daha bir ağırlıqqaldıranı Rusiyanın paytaxtı Moskvadakı Avropa çempionatında qızıl medal qazanıb.

Corner.az-ın məlumatına görə, 102 kq çəki dərəcəsində mübarizə aparan Dadaş Dadaşbəyli birdən qaldırmada 177 kq-ı başı üzərinə qaldırıb və bütün rəqiblərini üstələyərək birinci yeri tutub.

Təkanla qaldırmada 202 kq ağırlığın öhdəsindən gələn idmançı bu hərəkətdə 7-ci olub.

Ümumilikdə 279 kq (177+202) nəticə göstərən Dadaşbəyli yekun sıralamada bürünc medala sahib çıxıb.

Yığmanın digər üzvü Əliş Nəzərov toplam 315 kq (141+174) nəticə ilə 13-cü yerlə kifayətlənib.

Qeyd edək ki, Avropa çempionatına aprelin 11-də yekun vurulacaq. Daha əvvəl Boyanka Kostova (59 kq) Avropa çempionatını iki qızıl və bir bürünc medalla başa vurub.







Offside