- Offside
- 13:25 24.11.2024
Futzal üzrə Avropa çempionatının seçmə mərhələsində son oyununu aprelin 14-də Yunanıstan yığmasına qarşı keçirəcək Azərbaycan millisi Slovakiya səfərindən sonra bu gün Bakıda ilk məşqinə çıxıb.
Corner.az xəbər verir ki, 90 dəqiqə davam edən hazırlıq prosesində zədə üzündən Slovakiyaya aparılmayan Tyaqo Bolinya və Hadi Ahmadi də iştirak edib.
Bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb. Xəbərdə qeyd olunub ki, zədədən yeni dönən oyunçuların Yunanıstana qarşı meydana çıxıb-çıxmayacağı oyun günü məlum olacaq.
Qeyd edək ki, Bakı İdman Sarayında baş tutacaq Azərbaycan – Yunanıstan matçına saat 19:00-da start veriləcək.