- Offside
- 13:25 24.11.2024
Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli karyerasını başa vurduqdan sonra uşaq futzal məktəbi açmaq istəyir.
Corner.az xəbər verir ki, bu barədə 29 yaşlı qolkiper qonaq olduğu "Resport" verilişində deyib.
Təcrübəli oyunçu ən çox qapıçılarla işləmək istədiyini bildirib.
O, məşqçiliyə də həvəsinin olduğunu gizlətməyib.