- Offside
- 13:25 24.11.2024
"2016-cı ildə Avropa çempionatından sonra ölkə xaricindən təkliflərim olub".
Corner.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüsenli qonaq olduğu "ReSport" verilişində deyib.
29 yaşlı qolkiper həmin dönəmdən sonra hər il mövsüm başa çatandan sonra təklif aldığını xatırladıb: "Həmin vaxt özümü hazır hiss etmirdim. Bunu açıq demək lazımdır. Oyun təcrübəsi istədiyim səviyyədə deyildi. Ona görə dəyərləndirmədim. Müəyyən vaxtlarda dəyərləndirmək fikrimdən keçdi, amma bu işi dəqiq bilən insanlar məsləhət görmədilər. Dedilər ki, hələ lazım deyil, ölkə xaricinə tam hazır olduqdan sonra getmək lazımdır. Son dövrlərdə təkliflərdən birini dəyərləndirmək istədim. Hətta şifahi də olsa, razılığa gəlmişdik. Amma pandemiyaya görə təxirə düşdü. Bununla belə, planımda var. Sadəcə, çempionatın dayandırılması mənə çətinlik yaradır. Təkliflər də mövcuddur, danışıqlar da gedir. Hazırda çıxış etdiyim "Araz" (Naxçıvan) klubunun da razılığı olsa, dəyərləndirəcəyəm".
Hüseynli deyib ki, yığmanın heyətindəki braziliyalı oyunçuların bu işdə vasitəçiliyi olmayıb, sosial şəbəkə və ya oyunlar üzərindən əlaqə yaradılıb.
Təcrübəli oyunçunun sözlərinə görə, 2016-cı il Avropa çempionatından sonra Qazaxıstanın "Tulpar" və "Kayrat" klubları ona təklif göndərib: "Kayrat"a rəhbərlik edən braziliyalı baş məşqçi Kakau mənimlə maraqlanırdı. Avropa çempionatında İtaliya ilə oyundan sonra mənimlə maraqlandığını eşitdim. Biz eyni oteldə qalırdıq, mənimlə söhbət etdi. Daha sonra İspaniyanın "Saraqosa", Latviyanın "Nikos", hazırda "Torpedo" adı altında çıxış edən Rusiyanın "Orqxim" klubundan təklif alsam da, pandemiyaya görə keçid baş tutmadı. Artıq ukraynalı qapıçı ilə müqavilə imzalayıblar. Qismət belə imiş. 2019-cu ildə Fransanın "Paris" klubu ilə də danışıq oldu. Millinin üzvlərindən Eduardo və Rikardinyo orada çıxış edir. Demək olar ki, 80 faiz razılıq əldə edilmişdi. Amma sonradan sənəd probleminə görə qaldı".
Hüseynli indiki təkliflər haqqında danışmaq və klubun adını çəkmək istəməsə də, legioner həyatı yaşamasının real olduğunu diqqətə çatdırıb: "Ölkə xaricində oynamaq istəyirəm. İlk növbədə, öz klubumun rəhbərliyi ilə razılaşmalıyam. Əvvəlcə onlarla danışıb, halallıq almalıyam. Neçə illərdir buradayam, zirvəyə çatmağımdan ötrü işlər görüb