23 oktyabr 2024. Çərşənbə

UEFA İcraiyyə Komitəsinə yenidən türk üzv seçildi


  • Offside
  • 15:29 20.04.2021
  • Oxunma sayı: 154
UEFA İcraiyyə Komitəsinə yenidən türk üzv seçildi

İsveçrənin Montrö şəhərindəki UEFA Konqresində İcraiyyə Komitəsi (İK) üzvlüyünə seçkilər keçirilib.

Corner.az-ın məlumatına görə, Türkiyə Futbol Federasiyasının I vitse-prezidenti Servet Yardımcı yenidən UEFA İK üzvü seçilib. 55 milli assosiasiyadan 47-si onun lehinə səs verib.

Yardımcıdan əlavə, Zbiqnev Bonek (Polşa), Aleksandr Dükov (Rusiya), Devid Gill (İngiltərə), Qabriele Qravina (İtaliya), Rayner Kox (Almaniya), Karl-Erik Nilsson (İsveç) və Yust Şpeeyə (Niderland) də növbəti müddət üçün etimad göstərilib.

Qeyd edək ki, Konqresdə AFFA adından icraçı vitse-prezident Elxan Məmmədov səs verib.







Offside