23 oktyabr 2024. Çərşənbə

Güləşçimiz erməniyə qalib gəldi - Avropa çempionatı


  • Offside
  • 16:30 23.04.2021
  • Oxunma sayı: 169
Güləşçimiz erməniyə qalib gəldi - Avropa çempionatı

Azərbaycan güləşçisi Taleh Məmmədov Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

Corner.az  xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Ermənistan təmsilçisi Qraçya Poqosyanı məğlub edib. 55 kq çəki dərəcəsində çıxış edən idmançımız Eldəniz Əzizli isə  1/4 finalda Gürcüstan təmsilçisi Nuqzari Tsurtsumiayana qalib gəlib.

Qeyd edək ki, Məmmədov 1/8 finalda Nikolay Viçevdən (Bolqarıstan), Eldəniz Əzizli isə Nedyalko Petrovdan (Bolqarıstan)   güclü olub.

63 kq
1/8 final: Taleh Məmmədov - Nikolay Viçev (Bolqarıstan) 9:6
1/4 final: Taleh Məmmədov - Qraçya Poqosyan (Ermənistan) *2:2

55 kq
1/8 final: Eldəniz Əzizli - Nedyalko Petrov (Bolqarıstan) 12:4
1/4 final: Eldəniz Əzizli - Nuqzari Tsurtsumia (Gürcüstan) 10:1
1/2 final: Eldəniz Əzizli







Offside