- Offside
- 13:25 24.11.2024
Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.
Corner.az xəbər verir ki, dördüncü yarış günündə iki qadın güləşçimiz mübarizəyə qoşulub.
Tatyana Varansova debütdə rusiyalı idmançıya məğlub olub. Ancaq rəqib finala yüksəldiyi üçün Varansova bu gün bürünc medal görüşünə çıxıb. O, Moldova təmsilçisi Yuliya Leordaya 0:10 hesabı ilə uduzub.
Ötən gün finalın bir addımlığında uduzan İrina Netreba da podiuma qalxa bilməyib. O, bürünc medal uğrunda Krişta İnçeyə (Rumıniya) məğlub olub – 3:4.