24 noyabr 2024. Bazar günü

Erməni üzərində qələbəmi hərbçi qardaşıma həsr edirəm - Taleh Məmmədov


  • Offside
  • 14:11 26.04.2021
  • Oxunma sayı: 171
Erməni üzərində qələbəmi hərbçi qardaşıma həsr edirəm - Taleh Məmmədov

“Yarışa çox yaxşı hazırlaşmışdıq. Güləş Federasiyası bunun üçün hər cür şərait yaratmışdı. Gündə 3 dəfə məşq edirdik. Daha öncə Avropa üçüncüsü olmuşdum. Bu dəfə məqsədim çempion olmaq idi".

Corner.az xəbər verir ki, bu fikiləri Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında gümüş medal qazanan Azərbaycanın yunan-Roma güəşçisi Taleh Məmmədov federasiyanın rəsmi saytına açıqlamasında deyib.

63 kq çəki dərəcəsində mübarizə aparan idmançı təlim-məşq toplanışlarının yüksək səviyyədə keçdiyini söyləyib: "Çəkisalmada da problem olmamışdı. Heç bir yarışda olmadığı qədər həvəsli və istəkliydim".

Onun sözlərinə görə, Avropa çempionatında zəif rəqib olmur: "Bütün rəqiblərə ciddi yanaşmaq lazımdır. Ancaq xalçaya yalnız çempionluq üçün çıxmışdım. İlk görüşdə bolqar güləşçiyə iki gözəl fəndlə qalib gəldim. Daha sonra Ermənistan idmançısıyla qarşılaşdım. Yeniyetmələrdə Avropa və dünya mükafatçısı olub. Onlarla görüşə daha böyük motivasiya ilə çıxırıq. Çünki düşmən ölkənin təmsilçisiylə qarşılaşırıq. İndiyədək erməni rəqiblərimə heç vaxt məğlub olmamışam. Görüş çox gərgin keçdi. Hesabda 0:2 geridə idim. Son bir dəqiqədə aktiv güləşib xalımı alaraq qələbə qazandım. Bu qələbəmi hərbiçi olan qardaşıma həsr edirəm.

Məmmədov yarımfinalda Latviya güləşçisiylə qarşılaşdığını xatırladıb: "Bu idmançı daha öncə 67 kq-da çıxış edib. Bu dəfə çəkisini 63-ə salmışdı. 1/4 finalda Avropa mükafatçısı olmuş Macarıstan təmsilçisinə qalib gəlmişdi. Ən rahat qələbəmi yarımfinalda qazandım. Finalda bir az səbirsizlik edib, artıq hərəkət etdim. Rusiyalı rəqib də fürsətdən istifadə edib xal aldı. Qazandığım gümüş medalı yenicə dünyaya gələn qızıma hədiyyə edirəm”.







Offside