6 dekabr 2025. Şənbə

Məşhur 4 qat dünya çempionu intihar etdi


  • Offside
  • 15:19 29.04.2021
  • Oxunma sayı: 252
Məşhur 4 qat dünya çempionu intihar etdi

Topla hokkey üzrə Rusiya milli komandasının sabiq oyunçusu Roman Qeyzel intihar edib.

Corner.az xəbər verir ki, 40 yaşlı keçmiş idmançı özünü güllələyib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Kemerovoda baş verən hadisənin səbəbləri məlum deyil.

Qeyd edək ki, Qeyzel 4 dəfə – 2006, 2007, 2008 və 2011-ci illərdə Rusiya yığması ilə dünya çempionu olub.O, ağır zədə səbəbindən 32 yaşında karyerasını bitirib.







Offside