- Offside
- 23:24 05.12.2025
Portuqaliyanın “Portu” klubunun baş məşqçisi Serjio Konseysao cəzalanıb.
Corner.az xəbər verir ki, Portuqaliya Premyer Liqasının 29-cu turunun “Moreyrense” ilə matçında baş hakimi təhqir edən portuqaliyalı mütəxəssis 21 oyunluq diskvalifikasiya olunub. 46 yaşlı mütəxəssis bundan əlavə, 10 min avro də cərimə ödəyəcək.
Qeyd edək ki, “Moreyrense” – “Portu” matçı 1:1 hesabıyla bitib.