23 oktyabr 2024. Çərşənbə

Millimizin keçmiş qapıçısı Sabah klubunu məhkəməyə verdi


  • Offside
  • 15:02 30.04.2021
  • Oxunma sayı: 175
Millimizin keçmiş qapıçısı Sabah klubunu məhkəməyə verdi

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının sabiq qapıçısı Oleq Karnaux "Sabah" klubundan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib.

Bu barədə Corner.az CAS-ın rəsmi saytına istinadən xəbər verir. Ukrayna əsilli qolkiper "Sabah"la 2019-cu ilin iyulunda 3 illik müqavilə bağlasa da, bir ildən sonra komandadan göndərilib. O, paytaxt təmsilçisinin heyətində heç vaxt meydana çıxmayıb.

"Sabah"ın mətbuat katibi Elnur Həmidov isə "Report"a açıqlamasında məsələyə belə aydınlıq gətirib: "Oleq Karnaux müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı FİFA-ya müraciət etmişdi. FİFA bu məsələdə klubun mövqeyinin haqlı olması barədə qərar verdi. Futbolçu bundan sonra CAS-a müraciət etdi. Aprelin 23-də məsələ ilə bağlı məhkəmə oldu. Qərar yaxın vaxtlarda açıqlanacaq".

Qeyd edək ki, Oleq Karnaux hazırda Ukraynada "Yarud" (Mariupol) komandasının formasını geyinir.(report)








Offside