23 oktyabr 2024. Çərşənbə

Karateçilərimiz Premyer Liqada 2 medal qazandı


  • Offside
  • 22:49 02.05.2021
  • Oxunma sayı: 163
Karateçilərimiz Premyer Liqada 2 medal qazandı

Azərbaycan yığması Portuqaliyanın paytaxtı Lissabonda başa çatan Karate1 Premyer Liqa turnirində 2 medal qazanıb.

Corner.az-ın məlumatına görə, 84 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Asiman Qurbanlı gümüş medala sahib olub. Onun Gürcüstan təmsilçisi ilə final görüşü 3:3 hesablı heç-heçə ilə yekunlaşsa da, hakimlərin qərarı ilə qələbə rəqibinə verilib.

Tərkibi Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət kata komandası isə Misiri üstələyərək, bürünc medal əldə edib.







Offside