- Offside
- 23:46 19.03.2026
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla Ermənistan təmsilçisi Levon Aronyan arasında 3-cü yer uğrunda görüdə ikinci oyun gününün üçüncü partiyası yekunlaşıb.
Corner.az-ın məlumatına görə, qarşılaşma 35-ci gedişdə Məmmədyarovun qələbəsi ilə başa çatıb. Bununla da qrossmeysterimiz 2,5:0,5 hesabı ilə önə keçib və sonuncu partiyaya ehtiyac duyulmadan, 3-cü olub.