24 noyabr 2024. Bazar günü

Millimizin baş məşqçisi hesabat verdi, oyunçulara mükafat olacaq


  • Offside
  • 13:52 03.05.2021
  • Oxunma sayı: 174
Millimizin baş məşqçisi hesabat verdi, oyunçulara mükafat olacaq

Azərbaycan Futzal Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov milli komandanın baş məşqçisi Joze Alesio Da Silva ilə görüşüb.

Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədovun verdiyi məlumata görə, görüşdə yığmanın Avropa çempionatının seçmə qrup mərhələsindəki çıxışı ilə bağlı baş məşqçinin hesabatı dinlənilib.

Həmçinin 2022-ci il yanvarın 19-dan fevralın 6-dək Niderlandda təşkil olunacaq final mərhələsinə hazırlıq barədə fikir mübadiləsi aparılıb. Braziliyalı mütəxəssis yığmaya yaradılan şəraitə və ona göstərilən etimada görə təşəkkür edib.

Qeyd edək ki, Azərbaycan millisi Slovakiya, Moldova və Yunanıstan yığmalarının yer aldığı 3-cü qrupu 16 xalla 1-ci pillədə başa vurub. Komandanın bu çıxışı qarşılığında oyunçulara mükafatlar nəzərdə tutulub.(report)







Offside