23 oktyabr 2024. Çərşənbə

Markizio və ailəsi koronavirusa yoluxdu


  • Offside
  • 14:03 04.05.2021
  • Oxunma sayı: 164
Markizio və ailəsi koronavirusa yoluxdu

İtaliya milli komandasının və “Yuventus”un sabiq futbolçusu Klaudio Markizio və ailəsi koronavirusa yoluxub.

Corner.az xəbər verir ki, bu barədə keçmiş yarımmüdafiəçinin həyat yoldaşı Robert Sinopoli şəxsi “Instagram” hesabında paylaşım edib. O, bütün ailə üzvlərinin koronavirus testinin müsbət çıxdığını bildirib. Markizio və ailəsinin səhhəti yaxşıdır.

Qeyd edək ki, Markizio 2019-cu ildə futbolçu karyerasını bitirib.







Offside