- Offside
- 13:25 24.11.2024
"Birinci dəfə Azad müəllimi görəndə elə bir aura var idi ki, mənə müsbət enerji gəldi. İlk düşündüyüm o oldu ki, kaş məni işə götürəydi".
Corner.az xəbər verir ki, bu fikirləri Azərbaycan Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova "ReSport" verilişində mərhum nazir Azad Rəhimovla ilk tanışlığı barədə danışarkən deyib.
O bildirib ki, nazirlə qısa söhbətdən sonra işə qəbul olunub: "Onda italyan dilini öyrənirdim. Azad müəllim də bu dili çox gözəl bilirdi. Mənimlə italyan dilində danışmağa başladı. Mən də bu dildə cavab verdim. Qapının ağzında dayanmışdım. Baxdı və "Gəl içəri, otur" dedi. Heç 5 dəqiqə söhbət etmədik. Soruşdu ki, bu sahədən nə bilirsən. Dedim ki, heç nə, gənclər və idman sahəsi mənə tamam yaddır. Bildirdi ki, mən səninlə işləmək istəyirəm. Mən də eyni fikirdə olduğumu söylədim. Dedi, qərarlaşdır, gəl. Elə o gündən Azad müəllimlə işləməyə başladım".
Qeyd edək ki, Azad Rəhimov aprelin 30-da ABŞ-da müalicə olunduğu xəstəxanada vəfat edib.