24 noyabr 2024. Bazar günü

Taekvondoçularımız üçün Sofiya sınağı


  • Offside
  • 17:26 04.05.2021
  • Oxunma sayı: 184
Taekvondoçularımız üçün Sofiya sınağı

Taekvondo üzrə Azərbaycan milli komandası Bolqarıstana yollanıb.

Corner.az xəbər verir ki, komandamız Sofiya şəhərində təşkil olunan yay olimpiya oyunlarna lisenziya xarakterli Avropa təsnifat turnirinə üç idmançı ilə qatılacaq.

Kişilər arasında 80 kq yuxarı çəki dərəcəsində Radik İsayev, qadınlardan isə Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) lisenziya uğrunda mübarizə aparacaq.

Baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərlik etdiyi millinin iştirak edəcəyi yarışlar 7-8 may tarixlərində keçiriləcək.

Xatırladaq ki, kişi taekvondoçumuz Milad Beigi Hərçəqani artıq olimpiya oyunlarına lisenziyanı təmin edib.

9 may tarixində isə para-taekvondo üzrə olimpiya oyunlarına lisenziya xarakterli Avropa təsnifat turnirinə start veriləcək. Bu yarışmada isə iki kişi və iki qadın parataekvondoçumuz lisenziya uğrunda döyüşlərə qatılacaq. 6 may tarixində Bolqarıstana yollanacaq komandanın baş məşqçisi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərov bu turnirdə yetirmələrindən İmaməddin Xəlilov (K-44 61 kq), Əbülfəz Abuzərli (K-44 75 kq), qadınlardan Fətəliyeva Röyalə (K-44 49 kq) və Aynur Məmmədovaya (K-44 58 kq yuxarı) şans verib.

Qeyd edək ki, federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev də komanda ilə birlikdə Sofiya şəhərinə yollanıb.







Offside