- Offside
- 13:25 24.11.2024
Almaniyanın millisinin sabiq qapıçısı Yens Lemann "Herta" klubunun Direktorlar Şurasından kənarlaşdırılıb.
Corner.az xəbər verir ki, buna veteran qolkiperin yığmadan keçmiş komanda yoldaşı Dennis Aoqoya irqçi mesaj göndərməsi səbəb olub.
Lemann "Mançester Siti" və PSJ klubları arasında UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçı zamanı "Dennis həqiqətən sizin rəmzi qara sevgilinizdir" cümləsini səhvən sabiq müdafiəçiyə göndərib.
Həmin mesajı İnstaqramda paylaşan Aoqo bu sözləri yazıb: "Sən ciddisən? Yəqin ki, bu sözlər mənim üçün nəzərdə tutulmayıb".
Lemann etdiyi hərəkətə görə üzr istəsə də, bu, onun klubda qalmasına kömək etməyib.
Qeyd edək ki, 1995 - 2008-ci illərdə millinin formasını geyinmiş Yens Lemann "Milan", "Arsenal" və ölkəsinin "Borussiya" (Dortmund) klublarında da çıxış edib.(report)