- Offside
- 13:25 24.11.2024
"Real"ın sabiq qapıçısı İker Kasilyasın səhhətində yenidən problem yaranıb.
Corner.az "Hola" jurnalına istinadən xəbər verir ki, 39 yaşlı veteran qolkiper aprelin 28-i gecə saatlarında döş qəfəsindəki kəskin ağrılarla bağlı xəstəxanaya müraciət edib.
Amma müayinə zamanı onda infarkt riski aşkarlanmayıb. Kasilyas səhərə yaxın klinikanı tərk edib.
Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü 2019-cu ildə "Portu" klubunun məşqində infarkt keçirdiyi üçün əməliyyat olunub.