- Offside
- 13:25 24.11.2024
Azərbaycanın qadın güləşçisi Elis Manolova Bolqarıstanın paytaxtı Sofiyadakı Dünya Olimpiya Təsnifat Turnirində final görüşünə çıxmayıb.
Coner.az-ın məlumatına görə, bu səbəbdən 68 kq çəki dərəcəsində çıxış edən idmançımıza texniki məğlubiyyət verilib. O, gümüş medalla kifayətlənməli olub.
25 yaşlı güləşçimiz həlledici qarşılaşmada Mimi Xristova (Bolqarıstan) ilə üz-üzə gəlməli idi.
Qeyd edək ki, Manolova finala yüksəlməklə, Tokio olimpiadasına vəsiqəni təmin edib.