6 dekabr 2025. Şənbə

Para-taekvandoçularımız Tokio-2020-yə lisenziya qazandı


  • Offside
  • 20:52 09.05.2021
  • Oxunma sayı: 202
Para-taekvandoçularımız Tokio-2020-yə lisenziya qazandı

Azərbaycan Milli Paralimpiya Komitəsinin para-taekvando idman növü üzrə milli komandasının üzvü İmaməddin Xəlilov (61 kq) Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Avropa Təsnifat turnirinin finalında israilli rəqibini məğlub edərək qızıl medal qazanıb.

Corner.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsindən məlumat verilib.

Bununla da İmaməddin Xəlilov Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb.

Beləliklə, Milli Paralimpiya Komitəsinin idmançıları 5 idman növündə artıq 13 lisenziya qazanıblar (atletika – 3, üzgüçülük – 3, güllə atıcılığı – 2, pauerliftinq – 1, taekvando – 4)

Azərbaycan para-taekvandoçuları turnirdə uğurlu nəticə göstərərək Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştiraklarını təmin ediblər.

Qeyd edək ki, para-taekvando idman növü ilk dəfə olaraq Paralimpiya Oyunlarının proqramına salınıb.







Offside