21 mart 2026. Şənbə

Azarkeşlər Fələstini dəstəklədi, rəhbərlik bayraqları yığışdırdı - FOTO


  • Offside
  • 11:07 14.05.2021
  • Oxunma sayı: 215
Azarkeşlər Fələstini dəstəklədi, rəhbərlik bayraqları yığışdırdı - FOTO

Şotlandiyanın “Seltik” klubunun azarkeşləri Fələstinə dəstək məqsədiylə stadionun tribunalarına bu ölkənin bayraqlarını yerləşdiriblər.

Corner.az xəbər verir ki, Qlazqo təmsilçisinin rəhbərliyi tribunalardan bayraqları götürüblər. “Seltik”in azarkeş qrupu “tvitter” vasitəsilə rəhbərliyin bu hərəkətini qınayıb:

“Məyus olduq, ancaq təəccüblənmədik. Biz Fələstin bayrağını dalğalandırmağı insanlıq və həmrəylik hərəkəti kimi görsək də, rəhbərliyin bayraqları götürməsi, onların “Seltik”in dəyərlərindən nə qədər uzaq qaldığını sübut edir. Çirkin və şiddətli zülmə susmaq, bunların lehinə olmağı göstərir”.









Offside