23 oktyabr 2024. Çərşənbə

Azərbaycanlı futbolçuya koronavirus əngəli - Bakıya qayıda bilmir


  • Offside
  • 14:08 14.05.2021
  • Oxunma sayı: 155
Azərbaycanlı futbolçuya koronavirus əngəli - Bakıya qayıda bilmir

Azərbaycanlı futbolçu Nurlan Novruzov Nepalın “Lalitpur” klubundan ayrılıb.

Corner.az xəbər verir ki, bu barədə o, “İnstagram” hesabında paylaşım edib. O, komandanın əsas heyəti ilə şəklinii paylaşaraq, “Lalitpur” ailəsinə təşəkkür edib.

28 yaşlı hücumçu klubdan ayrılması ilə bağlı saytımıza fikirlərini bildirib. O, Nepal çempionatında mübarizəni yarımfinalda dayandırdıqlarını və klubdan ayrılacağını deyib. Novruzov, Azərbaycana qayıtmasının da hələ mümkün olmadığını qeyd edib:

“Çempionat bitdi, çempion ola bilmədik, yarımfinalda uduzduq. Hazırda koronavirus pandemiyasına görə burda çempionat dayanacaq, bilmirik necə olacaq. Mayın 24-də Bakıya qayıtmalı idim. Burda hər yer azı bir aylıq bağlanıb, bilmirəm necə olacaq. Menecerimlə danışıram və olan bilsin, burdan başqa bir Asiya klubuna getdim. Hələ heç nə bilinmir”.

Nurlan Novruzov aprelin 16-da “Lalitpur”la müqavilə imzalamışdı. O, Nepal komandası ilə 7 oyunda 2 qol vurub.(komanda)







Offside