- Offside
- 13:25 24.11.2024
"River Pleyt” Argentina Peşəkar Liqa kubokunun 1/4 final mərhələsində “Boka Xuniors”la qarşılaşacaq.
Corner.az xəbər verir ki, Buenos-Ayres təmsilçisi sözügedən matçda koronavirus səbəbindən 15 futbolçusundan yararlana bilməyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “River Pleyt”in 15 futbolçusu koronavirusa yoluxub.
Bu gün keçiriləcək “Boka Xuniors” – “River Pleyt” matçı saat 00:30-da start götürəcək.
Argentina Peşəkar Liqa kuboku Argentina Super Liqasını əvəzləyən turnirdir.
“River Pleyt” ilə “Boka Xuniors” arasındaı matçlar “superklasiko” adlandırılır.