25 noyabr 2024. Bazar ertəsi

Tokio-2020: Mariya Stadnik favoritlər sırasında


  • Offside
  • 09:55 17.05.2021
  • Oxunma sayı: 141
Tokio-2020: Mariya Stadnik favoritlər sırasında

Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk dəfə qadın güləşində 50 kq çəki dərəcəsində qalib müəyyənləşəcək.

Corner.az-ın məlumatına görə, Braziliyanın "Olimpiadatododia" nəşri olimpiadadakı favoritləri açıqlayıb.

Yazıda Oyunlar zamanı bu çəkidə bəzi sürprizlərin də ola biləcəyi istisna edilməyib. Əsas səbəb kimi əvvəlki olimpiadalarda 48 kq çəkidə çıxış etmiş pəhləvanların bu dəfə 50 kq-da çıxış edəcəkləri göstərilib.

Favoritlər siyahısında Azərbaycan millisinin üzvü Mariya Stadnik də yer alıb. Yaponiyalı Yui Susakinin və Çindən Sun Yanyanın da bu çəkidə əsas güləşçilərdən olduğu vurğulanıb.

Yazıda ABŞ, Kuba, Monqolustan və Şərqi Avropa ölkələrinin güləşdə böyük ənənəyə sahib olduqları bildirilib.

Qeyd edək ki, 2 qat dünya və 8 qat Avropa çempionu olan Mariya Stadnik 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında bürünc, London-2012 və Rio-2016-da isə gümüş medal əldə edib. Stadnik 50 kq çəkidə son dünya çempionudur.(report)







Offside