- Offside
- 13:25 24.11.2024
Azərbaycanın sərbəst güləşçisi Vahid Qalayev Şimali Makedoniyanın paytaxtı Skopyedə gənclər arasında Avropa çempionatında yarımfinala yüksəlib.
Corner.az-ın məlumatına görə, 125 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/4 final mərhələsində Ermənistan təmsilçisi Hovannes Maqakyana qalib gəlib.
Güləşçi 0:3 hesabı ilə geridə olsa da, əzmkar qələbə qazanıb - 6:3.
Qalayev 1/8 final mərhələsində Aleksi Jorjolianidən (Gürcüstan) güclü olub.
Qeyd edək ki, Avropa çempionatına mayın 23-də yekun vurulacaq.