- Offside
- 13:25 24.11.2024
Kata milli komandası Xorvatiyanın Poreç şəhərində Böyüklərin 56-cı Avropa çempionatının bürünc medal uğrunda görüşünə çıxacaq.
Corner.az xəbər verir ki, idmançıların rəqibi 2 il əvvəl qitə çempionatının bürünc medal qarşılaşmasında məğlub olduqları Rusiya komandası olacaq. Günün digər görüşlərində Tural Ağalarzadə (-67 kq) ikinci dövrədə mübarizəsini dayandırmalı olub. Firdovsi Fərzəliyev (-60 kq), İlahə Qasımova (-55 kq) və Nuranə Əliyeva (-50 kq) da yarışa qatılacaq.
Kumiteçilərin komanda yarışlarında kişilər arasında ilk rəqibimiz Danimarka, qadınların çıxışında isə Fransa komandası olacaq.