- Offside
- 23:24 05.12.2025
"Bizə müvafiq bildiriş gəlib. Məsələdən xəbərimiz var".
Corner.az xəbər verir ki, bu barədə Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) Mətbuat katibi Kənan Məstəliyev dünya və 4 qat Avropa çempinu Boyanka Kostovanın dopinqə görə müvəqqəti diskvalifikasiya olunmasına münasibət bildirərkən deyib.
AAAF rəsmisi hadisələrin gedişatını izlədiklərini və yekun qərarı gözlədiklərini söyləyib: "Bu, prosedura uyğun olaraq müvəqqəti kənarlaşdırılmadır".
Qeyd edək ki, 59 kq çəki dərəcəsində yer alan bolqarıstanlı legionerin orqanizmindən istifadəsi qadağan olunmuş stanozolol anabolik steroidi tapılıb. İdmançı B testinin analiz nəticəsini tələb etmək hüququna malikdir.(report)